
Lord Vertigo - Qəlbinlə Axtar Yeni Mahni 2026
Söz/musiqi: Lord Vertigo (Nicat Əliyev)
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
PR Menecer: Nadir Kərimov (NK Media)
Menecer: Pərvin Baxışlı (Baxışı Media)
İnformasiya dəstəyi: Annabel Vibe (TikTok)
Sözlər: (Lyrics)
Məni gözlərlə yox, qəlbinlə axtar
hər zaman ordadır sevgili yarın
hiss edərsən məni, ruhunda hər an
o zaman görərsən yox intizarın
Sənə arzum budur, sevdiyim insan
Həyatda olmasın, dərd, azarın
mənə aid olsun, qəlbinin evi,
bir tək mənə saxla qəlbin açarın
hər an yanındayam, ruhundayam mən
qapa gözlərini, bu səsimi hiss et
düşündüyün zaman sən məni yarım
ürəyin titrəsəz nəfəsimi hiss et
Səninlə keçmişik birgə nələrdən
bir an da qorxmayaq məsafələrdən
mənim üçün uzaq da, yaxın da sənsən
bizi qoruyur bu sevgi kədərdən
Məhəbbət uğruna savaş verirsən
geri addım atma, bir an dayanma
əsla fikrin-ağlın qarışmasın can
başqa səs söyləsə, dayan, dayanma
mənim həsrətimsən, özlərəm səni
ürəyindən gələn cavab da xoşdur
bir həyat, bu ömür, gözlərəm səni
sevginin verdiyi əzab da xoşdur
#lordvertigo #nilaysems #nicataliyev