
Lord Vertigo - Bitmis Bu Mehebbet Yeni Mahni 2026
Söz/musiqisi: Lord Vertigo (Nicat Əliyev)
İfaçı: Zülfüqar Məhərrəmov
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
PR Menecer: Nadir Kərimov
Menecer: Pərvin Baxışlı
İnformasiya dəstəyi: Annabel Vibe (TikTok)
Rəsimlər: Gemini
Cover photo: Gemini
Sözlər (Lyrics)
Bezdim daha, öldü marağım, hər şeyə məndə,
düşdü bu gözümdən həyat artıq, elə sən də.
Bir vaxtları eşqim sənə atəş kimi yandı,
küllərini taparsan, həmin o yerdən ötəndə.
Bundan sonra bir kimsə üz vermərəm, əsla.
Bir kimsəni öz ruhuma dost görmərəm, əsla.
Gec olsa da, ağlım mənə döndü, geri gəldi,
eşq, sevgi, məhəbbət işinə girmirəm, əsla.
Olmaz qəti, zülm etməməli insana insan.
Zülm eyləyən insan vurur insanlığa nöqsan.
Axmaq kimi sevdim səni, ruhum zədələndi,
zordur axı, bunlarla barışmaq, deyil asan.
Bitmiş bu məhəbbət məni röyada görərsən
sanma daha bundan sonra dünyada görərsə
son dəfə yazıb çıxdım evimdən sənə məktub
ayrılmağa atdım ora imza da görərsən
sevgim kimi sözlər sənə mənasız olarsa
mənalı baxarsan sözə məna da görərsən
bir vaxtları bil ki, sənə dərin idi eşqim
batmış o da dərinlərə dəryada görərsə
#lordvertigo #zulfuqarmeherremov #nicataliyev