
Lord Vertigo Sevinc Ürək - Yeni Mahni 2026
Söz/musiqi: Lord Vertigo (Nicat Əliyev)
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
PR Menecer: Nadir Kərimov
Menecer: Pərvin Baxışlı
İnformasiya dəstəyi: Annabel Vibe (TikTok)
Sözlər (Lyrics)
Həyatda bəzən olur belə şeylər
dünən sevirsən, bu gün unudursan
hazır olaq həyatda sürprizlərə
Bir gün udanda bir gün uduzursan
mən birinin baxışlarına heyranam
o mənə yardır mən ona cananam
kim mənə layiqdi sevmişəm onu
zənn eləmə etibarsız insanam
Dünən sevdim amma səhər unutdum
özüm də bilmədim nətər unutdum
sevgi etdi günümü zəhər unutdum
onu kimlərdən nə qədər unutdum
nələr görmüşəm, nələr yaşadım mən
mən bu həyatımda nələr unutdum
zamanında ayıldım, tez ayıldım
vermədi vaxtında dəyər unutdum
Elə olur ki, insan edir nöqsanı
bəzən həyat vadar edir insanı
gərəkdir can ataq mükəmməlliyə
gərək mükəmməl yaşayaq hər anı
bilirsənmi laqeyd oldum niyə
bu dünyanı çox almıram ciddiyə
bir tək o insan sevib vuruluram
səmimi qəlbdən mənə gəl, gəl deyə