
Musiqi / Söz: Xanım İsmayılqızı
\Xatirələr\ mahnısını, səhv etmirəmsə, 1996-ci ildə yazmışam. Əvvəl musiqisi yaranıb, sonra musiqiyə söz yazılıb.
1997-ci ildə Faiq Ağayevə təqdim etdim. Əslində mən bu mahnını solo ifa üçün yazmışdım, duet ifa etmək ideyası Faiqindir.
Mahnı Səyavuş Kərimiyə aranjiman üçün təqdim olunmuşdu və Səyavuş Kərimi o havanı aranjimanında çox gözəl ifadə etdi, nəticədə belə incə, zərif və keyfiyyətli işə imzasını atdı.
Biz birlikdə - Səyavuş Kərimi, Faiq Ağayev, Nərgiz Cəlilova və mən - bu sehrli mahnını yaratdıq və təqdimatı Faiq Ağayevin yaradıcılıq gecəsində oldu. Gözlənilməz hal idi ki, mahnı bu konsertdə, tamaşaçıların istəyi ilə iki dəfə oxundu. Elə onda anladıq ki, \Xatirələr\imizi ürəklərə ötürə bildik və istəyimizə nail olduq.
Hər mahnı bir hekayədir. Oxunulursa - yaşayır.
Yaşayırsa - yaşadır.
Xanım İsmayılqızını sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/xani...
Bu videonun bütün hüquqları \mikpro\ MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#Xanımİsmayılqızı #Xatirələr #mikpro