
Elnarə Xəlilovanın Elşad Xose ilə birgə ifa etdiyi \Uzaqlara\ mahnısının remake versiyası artıq onlayndır.
Elnarə Xəlilovaya YouTube-da abunə ol: https://mikpro.az/exal...
Musiqi: İsa Məlikov
Söz: Elnarə Xəlilova
Elşad Xose
Video: Bəxtiyar Ağabalayev
Düzənləmə: Həsən Ağayev
Elnarə Xəlilovanı sosial şəbəkələrdə izlə:
Facebook: https://mikpro.az/exal...
Instagram: https://mikpro.az/exal...
Twitter: https://mikpro.az/exal...
Genius: https://mikpro.az/exal...
Elnarə Xəlilovanı rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/exal...
Sözlər:
\x5bBənd 1: Elşad Xose\x5d
Həyatıma rəng qatan bir yenilik
Bəzən ürəkdən sevirik, amma bunu bilmirik
Kimə səhv yol xoş gəlir, kimə düz
Hər dəfə udmusan, bu dəfə uduz
Qaranlıq otaq, mən, bir də sükut
Beyin səni yada salır, ürək deyir, unut
Ümid həmişə olardı, indi görmürəm
Səni hər gecə öpərdim, indi öpmürəm
Fikirlərim, arzularım dolub daşır, aşır başım
Sanki bir ev, xəyallar onun sakinləri
İblisin əməli – pis, doymayan nəfs
Vurulub sənə, mənə deyir, sevgi bədii, xudahafiz
Amma mənim çiynimdəki mələklər
Ölənə qədər mənə kömək edəcəklər
\x5bNəqərat: Elnarə\x5d
Apardı uzaqlara məni gözlərin
Gedirəm sənsiz hara?!
Söylə, könül həmdəmim
Qəlbimə vurdu yara sənin sözlərin
Qorxuram, yalqız qalam, gəl, sevgilim
\x5bBənd 2: Elşad Xose\x5d
İblis salır yağışa, mələk verir çətir
İblisdən gələn üfunəti mələk edir ətir
Bəsdir, bəsdir, sanki axırıncı nəfəsdir
İblisin bir oyununa bax! Bu, nə həvəsdir?
Hər gecə yuxudan əvvəl min arzu
Sən sanki alov, mən sanki su
Sən sanki sübh, mən sanki gecə
Ağlayaraq yağdıraram yağışı səhv edincə
Mən sanki gecə, sən sanki səhər
Təbiət elə edib ki, görüşə bilmərik
Sevinc içində olsa da bütün şəhər
Çox heyif ki, biz səninlə sevinə bilmərik
Yaradan bizim sevgimizə çəkdi xətt
Çətin bir də bundan sonra oyana bəxt
Ey mələklərim, haradasınız?
Qaçaraq, qoydunuz məni darda siz
\x5bNəqərat: Elnarə\x5d
Apardı uzaqlara məni gözlərin
Gedirəm sənsiz hara?!
Söylə, könül həmdəmim
Qəlbimə vurdu yara sənin sözlərin
Qorxuram, yalqız qalam, gəl, sevgilim
\x5bKeçid: Elşad Xose\x5d
Hər gördüyüm qızda sanki səni görürəm
Aramızda olan divarı yerə sökürəm mən
Sanki bulud, göz yaşım – yağışdır, tökürəm
Məndə yaşamaq istərəm, heyif ki, ölürəm
Heyif ki, ölürəm
(Gəl, sevgilim)
Heyif ki, ölürəm
Heyif ki, ölürəm
(Gəl, sevgilim)
\x5bNəqərat: Elnarə\x5d
Apardı uzaqlara məni gözlərin
Gedirəm sənsiz hara?!
Söylə, könül həmdəmim
Qəlbimə vurdu yara sənin sözlərin
Qorxuram, yalqız qalam, gəl, sevgilim
Apardı uzaqlara məni gözlərin
Gedirəm sənsiz hara?!
Söylə, könül həmdəmim
Qəlbimə vurdu yara sənin sözlərin
Qorxuram, yalqız qalam, gəl, sevgilim
Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2026
Etiketlər:
#ElnarəXəlilova #ElşadXose #Uzaqlara #mikpro