
Sözləri: Adil Cəmilov
Musiqisi: Cabbar Musayev
Aranjeman: Şakir Şükürov
Tarix: 2002
Heç bilmirəm necə oldu,
Sevdim səni birdən birə.
Ağ gündüzüm gecə oldu,
Sevdim səni birdən birə.
Bağışlasın bu yol ərkan,
Mənim eşqim bir yuxuykən,
Sənin üçün mən yox ikən,
Sevdim səni birdən birə.
Sevdim səni birdən birə,
Sənə yaman vuruldum.
Sevdim səni birdən birə,
Çeşmə kimi duruldum.
Bir kəs duymaz min ahımı,
Çağırıram Allahımı.
Üzrlü say günahımı,
Sevdim səni birdən birə.