
Sözləri: Xanım İsmayılqızı
Musiqisi: Cabbar Musayev
Aranjeman: Şakir Şükürov
Tarix: 2003
Yenə hicran adında yollar apardı səni,
Yenə həsrət odunda atəş yandırdı məni.
Kaş ki, bizə sən gələsən,
Bu həsrəti yox edəsən.
Kaş ki, bizə sən gələsən,
Nələr çəkirəm, sən biləsən.
Yağışlarmı yağıb yudu sevgimiz,
Küləklərmi əsib keçdi içimizdən
Qarmı yağdı boran aldı üstümüzü,
Nələr oldu, sevgimiz də küsdü bizdən.
Dərdə dözüm qalmayıb, yalqız qalmısan mənsiz,
Belə kədər olmayıb, necə dözürəm sənsiz...
Kaş ki, bizə sən gələsən,
Bu həsrəti yox edəsən.
Kaş ki, bizə sən gələsən,
Nələr çəkirəm, sən biləsən.