
Musiqi: Aygün Səmədzadə
Söz: Şərqiyyə Seyidbəyli
Aygün Bəyləri rəqəmsal plaftormalarda dinlə:
Keçid: https://lnk.to/Aygun_B...
Aygün Bəylərə YouTube-da abunə ol: / @aygun.beyler
Sözlər:
\x5bBənd 1\x5d
Darıxdım baxışın, gözlərin üçün
Gözünə yaraşan kədərin üçün
O həzin, mehriban, xoş səsin üçün
Darıxdım, darıxdım mən sənin üçün
Darıxdım ilk görüş, son görüş üçün
Taleyin üsyanı, o döyüş üçün
Sevgi etirafı, yalvarış üçün
Darıxdım, darıxdım mən sənin üçün
\x5bNəqərat\x5d
O soyuq axşamlar, o çiskin yağışlar
Həsrətdən yorulan baxışlar üçün
O şirin xəyallar, əlçatmaz vüsallar
Gümanlı, cavabsız suallar üçün
Darıxdım səninlə keçdiyim o yollar
Yollarda bəmbəyaz o qarlar üçün
Darıxdım, darıxdım, mən yaman darıxdım
Ruhuma sarılan o qollar üçün
Darıxdım, darıxdım, mən yaman darıxdım
Ruhuma sarılan o qollar üçün
\x5bBənd 2\x5d
Darıxdım gülüşün, yerişin üçün
O isti, o ilıq nəfəsin üçün
Tək bizə yaraşan sevgimiz üçün
Darıxdım, darıxdım mən sənin üçün
Darıxdım ilk görüş, son görüş üçün
Taleyin üsyanı, o döyüş üçün
Sevgi etirafı, yalvarış üçün
Darıxdım, darıxdım mən sənin üçün
\x5bNəqərat\x5d
O soyuq axşamlar, o çiskin yağışlar
Həsrətdən yorulan baxışlar üçün
O şirin xəyallar, əlçatmaz vüsallar
Gümanlı, cavabsız suallar üçün
Darıxdım səninlə keçdiyim o yollar
Yollarda bəmbəyaz o qarlar üçün
Darıxdım, darıxdım, mən yaman darıxdım
Ruhuma sarılan o qollar üçün
Darıxdım, darıxdım, mən yaman darıxdım
Ruhuma sarılan o qollar üçün
Darıxdım, darıxdım, mən yaman darıxdım
Ruhuma sarılan o qollar üçün
Etiketlər:
#AygünBəylər #Darıxdım #mikpro