
Aminanın \Beləsən Sən\ mahnısı artıq onlayndır.
Aminaya YouTube-da abunə ol: https://mikpro.az/amin...
Musiqi və söz: Pasha Emircan
Aranjiman: Taleh Ağayev
Makiyaj və saç: Murad Sultan
Geyim: Prens Jamal
Rejissor: Xəyal Hüseyn
Aminanı sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/aminaig
Genius: https://mikpro.az/aminagn
Aminanı rəqəmsal platformalarda dinlə
Keçid: https://mikpro.az/amin...
Sözlər:
\x5bBənd 1\x5d
“Atmaram mən”,-dedim
Axırda sən atdın, getdin
Bu ölən sevgini qəlbimdə
Yaşatdın, getdin
Məni bir başqasına – özgəyə
Satdın, getdin
\x5bNəqərat\x5d
Nə biləydim, beləsən sən
Nə biləydim, beləsən sən
\x5bBənd 2\x5d
Sevginin zirvəsinə çatmağa razı idim mən
Özümü eşq ilə aldatmağa razı idim mən
Gülməsən, hamını ağlatmağa razı idim mən
Təki bir gün güləsən sən
Təki bir gün güləsən sən
Heç bilirsən, nə qədər xatirələr var məndə
Qalmışam, çarəsizəm, tək ölürəm sayəndə
Qədrimi bilmədin heç vaxt, bilə bilməzsən də
Axı haradan biləsən sən?
Ey, axı haradan biləsən sən?
\x5bNəqərat\x5d
Nə biləydim, beləsən sən
Axı nə edim, beləsən sən
\x5bBənd 3\x5d
Bu xəyallar səni məndən soruşurlar gecələr
Həyatın qanunu var: kimisi gələr, kimisi gedər
Eybi yox, gözləyərəm ömrümün axırına qədər
Təki bir gün gələsən sən
Təki bir gün gələsən sən
Hara getsən ki, deyirsən, görünür burada yerin
Sevginin guya ki bildirməmisən yüzdə birin
Sözünün əvvəli də, axırı da Amina Şirin
Nə şirinsən, öləsən sən
Nə şirinsən, öləsən sən
\x5bNəqərat\x5d
Axı nə edim, beləsən sən
Nə biləydim, beləsən sən
Təki bir gün gələsən sən
Təki bir gün gələsən sən
Amina tərəfindən ifa olunan \Beləsən Sən\ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2026
Etiketlər:
#Amina #BeləsənSən #mikpro