
Afshin Azari - İmza
Söz musiqi: Afshin Azari
Aranjiman: Saeed Rezaei
Mix mastering: Milad Farhudi
PR Menecer: Nadir Kərimov
Sözləri:
\x5bBənd 1\x5d
Ürəyimə yazılmısan, möcüzə bir əsər kimi.
Elə əzizlərəm, özümdə gizlərəm
Səni xəzinələr kimi.
\x5bKeçid\x5d
Neçə vaxt da keçsə belə,
Neçə illər ötəsə belə,
Elə bil ki, indidir.
Yenə də əllərin,
Yenə nəfəslərin,
Qəribə qeyri-adidir.
\x5bNəqarət\x5d
Bu gün doğuldu eşqimiz,
Bu təqvim ilə biz gör neçə yaşdayıq.
Yadımda imzamız, quruldu dünyamız,
Bu gündən eşqi başladı.
\x5bBənd 2\x5d
Hələ ömrümüzün qarşıda xoş günləri var,
Hələ dünyamızın görmədiyi illəri var.
Sözümüzdə qalmışıq,
Kaş görək qocalmışıq
Sevgimizlə bərabər.
\x5bKeçid\x5d
Hələ dönməliyik bir-birinin biz başına,
Hələ qaçmalıyıq eşqimizin yüz yaşına.
Bir gün ayrı qalmadıq,
Heç vəfasız olmadıq,
Buna sevgi deyərlər.
\x5bNəqarət\x5d
Bu gün doğuldu eşqimiz,
Bu təqvimlə biz, gör neçə yaşdayıq.
Yadımda imzamız, quruldu dünyamız,
Bu gündən eşqi başladı.
Afshin Azari - nin ifasında təqdim olunan “İmza” adlı bu audio və video məzmun \NK Media\ tərəfindən rəsmi şəkildə qorunur. Məzmunun icazəsiz kopyalanması, yenidən yüklənməsi və təkrar yayımı qadağandır.
© NK Media. Bütün hüquqlar qorunur