
Şöhrət Məmmədov ft Almaxanım - Ömrüm Günüm (Akustik)
Şöhret Memmedov kanalına abune ol: https://wedia.link/Soh...
Şöhret Memmedov instagram: / shohrett
\Ömrüm Günüm\ Sözləri
Əllərimi həyatdan üzüb gedən zaman,
Mənə dərman kimi gəldin, ömrüm-günüm.
Bu qədər ağrılar, acılar çəkdiyimi
Söylə görüm, hardan bildin, ömrüm-günüm?
Bu sitəmi, dərdi ata bilmərəm ki sənsiz,
Qəlbimin səsindən yata bilmərəm ki sənsiz.
Kor olar gözlərim sən olmasan — ağlayar,
Gözümün yaşını sildin, ömrüm-günüm.
Bunu mənə küləklər, yağışlar dedi,
Nə etsəmdə həmişə bağışlar dedi.
Hər gün doğmalaşan baxışlar dedi:
“Dedi ki, sənsiz olmaz, ay ömrüm-günüm.”
Həyat səninlə şad, firəvan, şahane,
Sənə həmişə axtaracağam bəhanə.
Evim-eşiyim sənsiz olar viranə,
Yerin əsla dolmaz, ay ömrüm-günüm.
Xəbər verir ruhum hər bir anından,
Sən dəyərlisən bu şirin canımdan.
Nə olar, məni üzmə, getmə yanımdan —
Sevən dərdə salmaz, ay ömrüm-günüm.
Mən Tanrıya bağladım bu diləyi,
Verdi ona mənim kimi mələyi.
Allah həmişə bir döyünən ürəyi
Bir-birindən almaz, ay ömrüm-günüm.
Kanaldaki Videolar \WediaCorp Azerbaycan\ Shirketi Terefinden Muellif Huququ ile Qorunur.
Hörmetle: \WediaCorp Azerbaycan\ Sizlerin deyerini qazanan ve sizlere deyer veren №1 şirket!
#ŞöhretMemmedov #Almaxanım #ÖmrümGünüm