Dəstək

Şöhrət Məmmədov - Duyğuların Şiddəti (Official Video) Mp3 Mahnı Pulsuz Yüklə.

Şöhrət Məmmədov - Duyğuların Şiddəti (Official Video) Mp3 Yüklə

Şöhrət Məmmədov - Duyğuların Şiddəti (Official Video) Mp3 Yüklə

Söz/Musiqi: Şöhrət Məmmədov
Aranjiman: Ağazaman Salamzadə
Mix/master: Ağazaman Salamzadə
Rejissor: Tural Xəlilov



Mahnının sözləri:


Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqası ilə dolmur.

Niyə göndərim ətrimi? — küləklə duya bilmirsən.
Qurduğum xəyallarım düşdü suya — bilmirsən.
Çoxdan bağladım onunla, mənimki məhşərə qalsın,
Nə qədər günahların var — indi yuya bilmirsən.

Elə düşünürəm ki, bəlkə nəfsim, tamahımsan,
Tanrıdır bağışlayan, əfv edən günahımsan.
Mən əvvəl-əvvəl bilmirdim belə eşq olmaz —
Məni ağrı vermədən məhv edən silahımsan.

Mən də həyat kimiyəm — yaşayıb doya bilmirsən,
Nə davam edə bilirsən, nə də nöqtəni qoya bilmirsən.
Axırda təkəbbürün öldürər səni — belə olmaz,
Yerində çoxlarının gözü var — guya bilmirsən?

Mənim arzularıma kinayə uydura bilməzsən,
Daha bəsdir, bu qədər bu qəlbi qıra bilməzsən.
Mən susmalıyam ki, məni hər sevən anlasın —
Qışqırsam da bağırtımdan dura bilməzsən.

Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqasıyla dolmur.



Nədir səni mənə gətirən — duyğularının şiddətimi?
Nədir səni mənə gətirən — vücudunun şəhvətimi?
Biz niyə bu qədər darıxırıq — imtahandırmı?
Yoxsa Rəbbin sevimli bəndələrə nifrətimi?

Sənə gəlmək üçün yola çıxıram — gələ bilmirəm,
Bir dəfə düşdünsə gözümdən — sevə bilmirəm.
Düşünüb qərar verə bilmirəm — daha necə gedim?
Divarlarında xatirən dolu evə bilmirəm.

Mənmi həsrət, ya sənmi nifrət içindəsən?
Sanki hər yer xarabalıq, zülmət içindəsən.
Bu nə haldır? Bu nə görünüşdür? Nə biçimdəsən?
Yaralı-yaralı daşıdığım bu ürək içində sən.

Şəninə sağlıq deyim — ruhun ortağıdırmı?
Bir dəfə maraqlanmadın — yarım sağdırmı?
Xəcalətindən yanımda gözləri kölgəlisən,
Məni boş ver, Allahın yanında üzün ağdırmı?

Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqasıyla dolmur.





Şöhrət Məmmədov - Duyğunun Şiddəti (Official Video)
Şöhret Memmedov kanalına abune ol: @shohretofficial
Şöhret Memmedov instagram:   / shohrett  



#ŞöhrətMəmmədov #DuyğununŞiddəti #ŞöhrətDuyğununŞiddəti


Üst